Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni gəminin inşası davam etdiyi bir vaxtda, İspaniya donanmasının səlahiyyətində olan sualtı gəmi bazalarının onun ölçülərinə uyğun olmadığı üzə çıxıb. Belə ki, S-80 “Plus” 80,7 metr uzunluqda olduğu halda, bazaların ən böyüyü 78 metrdir.
Artıq yeni sualtı gəminin saxlanması üçün yeni bazanın tikintisinə 18 milyon dollar maliyyə ayrılıb.
Qeyd edək ki, S-80 “Plus” gəmisinin inşası üçün İspaniya və Amerikanın 2003-cü ildə başlatdığı ortaq proqrama bu vaxta qədər 2 milyard dollardan çox vəsait xərclənib.
Ağalar Ağalarlı
Ordu.az