Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müzakirələr Əfqanıstan Parlamentinin bugünkü iclasında aparılıb.
Çıxış edən bir çox millət vəkili ordunun “Taliban” qiyamçılarına qarşı apardığı əməliyyatlara təriflər yağdırsalar da, bu uğurların başqa təhlükələri ərsəyə gətirə biləcəyini vurğulayıblar.
Qeyd olunub ki, hazırda İŞİD terror qruplaşması Suriya və İraqda itirdiyi mövqeləri Əfqanıstanda bərpa etməyə çalışır. Millət vəkilləri hökumətin ehtiyatsızlığa yol verəcəyi təqdirdə Əfqanıstanda “Taliban” qiyamçılarından azad edilən ərazilərə sözügedən terror qruplaşmasının yerləşə biləcəyini bildiriblər.
Dəyanət Ağalarlı
Ordu.az