Ordu.az xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Raketin tərkib hissəsinin örtüyü əvvəlcədən müəyyən edilmiş tələblər əsasında təkmilləşdirilib. Qurudakı sınaqları davam edən raket hazırda sınaq uçuşlarına hazırlanır”, - deyə Nazirliyin rəsmisi bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu il martın 1-də Federal Məclis qarşısında çıxış edərkən qeyri-məhdud mənzilə sahib raketin 2017-ci ildə sınaqdan keçirildiyini elan edib.
Putinin sözlərinə görə, raketin istehsalına 2011-ci ildə ABŞ-ın 1972-ci il Anti-Ballistik Raket Müqaviləsindən çıxmasından sonra başlanıb.
Ağalar Ağalarlı
Ordu.az