Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikri Rusiyanın İrandakı səfiri Vasili Kuçukov bildirib.
O qeyd edib ki, İran hərbi təzyiqlər göstərərək istənilən tərəfə çəkilməsi mümkün olan bir dövlət deyil.
“İrana hərbi təzyiq və təhdid edən bir çox güclər mövcuddur ki, onların da başlıca məqsədi Tehranı öz istədikləri mövqeyə çəkməkdir. Lakin düşünmürlər ki, 80 milyonluq bir dövlət bu planlar üçün çox böyükdür. İranın xarici irticaçılara qarşı göstərdiyi bu əzmi alqışlayır və hər zaman dəstək olduğumuzu bildirmək istəyirik. Qeyd etmək istərdim ki, sadəcə sözügedən qüvvələrlə deyil, həmçinin İsraillə münasibətlərdəki gərginlik də regionun zərərinədir. Rusiya iki ölkə arasındakı bu gərginlikdən ciddi narahatlıq duyur və Suriyada tərəflər arasında baş verən hərbi qarşıdurmaların bundan sonra baş verməyəcəyinə ümid edir”, - deyə səfir vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az