Ordu.az “Airbus”un rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Britaniyanın Farnboro bölgəsində davam edən aviaşouda qəbul edilib.
Məlumata görə, əməkdaşlıq çərçivəsində tərəflər Sinqapurun A330 çoxfunksiyalı nəqliyyat təyyarələrindən ibarət yeni eskadrilyasına dəstək xidməti göstərilməsi üzrə razılığa gəlib.
Ərsəyə gətiriləcək rəqəmsal 3 ölçülü çapetmə texnologiyası ilə təyyarənin ayrı-ayrı hissələrinin daha yaxşı nəzərdən keçirilməsi mümkün olacaq.
Qeyd edək ki, Sinqapur Hərbi Hava Qüvvələri A330 təyyarələrinin alınmasına dair bir müddət öncə müqavilə imzalayıb və bu təyyarələrin qarşıdakı aylarda HHQ-yə çatdırılması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az