Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə nazirinin Silahlı Qüvvələrin Logistika Xidməti üzrə köməkçisi Reza Müzəffərini bildirib.
Onun sözlərinə görə, İran Quru Qoşunları və İslam İnqilabı Keşikçiləri Korpusu 700-800 arası sayda tank almağı planlaşdırır.
Müzəffəri bildirib ki, İran İİKK və QQ-nin ehtiyaclarını qarşılamaq üçün hər il 50-60 tank istehsal edir.
Nazir müavini Sovet dövründən qalma T-72S və T-72M1 tanklarının yenilənib-yenilənməyəcəyi ilə bağlı məlumat verməsə də, İran KİV-ləri əsasən “Karrar” döyüş tanklarının alınacağını bildirib.
Qeyd edək ki, İranın hazırda 1600-dən çox tankı və 2200-dən çox zirehli döyüş maşını olduğu bilinir. İran ilk dəfə “Karrar” tankını 2017-ci ilin martında təqdim edib.
Ağalar Ağalarlı
Ordu.az