Rusiya "Kinjal" raketlərilə təchiz edilən Tu-22M3M-in sınağını keçirib

2018/07/1198852_1532001279_1532003093.jpg
Oxunub: 1411     19:53     19 İyul 2018    
Rusiya yeni hava-yer tipli raketlərlə təchiz edilən strateji qırıcısının sınaq uçuşlarını həyata keçirib.

Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sınaq bu gün səhər baş tutub.

Qeyd olunub ki, bu, “Kinjal” hipersəs raketlərinin qırıcılara inteqrasiyasından sonra keçirilən ilk sınaq uçuşudur.

Sınaq uçuşları zamanı raketlərin inteqrasiyasından dolayı praktiki olaraq döyüş şəraitində yaşana biləcək problemlər analiz edilib.

Yaxın zamanlarda qırıcıların sözügedən raketlərlə ilk təlimlərinin həyata keçirilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qırıcı   Kinjal  


Bizi "telegram"da izləyin