Hindistan nüvə raketi izləmə gəmisini bu il əldə edəcək

2018/07/5_img119718075236_1532000337.jpg
Oxunub: 3530     19:38     19 İyul 2018    
Hindistanın gizli nüvə raketi izləmə gəmisi bu ilin dekabr ayında Hindistan donanmasına çatdırıla bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistanın Milli Texnoloji Tədqiqat Təşkilatının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, gəmi hazırda sınaq mərhələsindədir. Okean Nəzarət Gəmisi adlandırılan vasitənin inşası təqribən 4 il davam edib.

Gəminin dekabrda Hindistan donanması tərəfindən əldə edildikdən sonra dəniz sınaqlarından keçiriləcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Nüvə-raketi   Gəmi  


Bizi "telegram"da izləyin