Rusiyalı səfir: ABŞ-ın Venesuelaya hərbi müdaxilə təhdidi hələ də aktualdır

2018/07/13970303000133_PhotoI_1532000167.jpg
Oxunub: 1685     19:29     19 İyul 2018    
Rusiyanın Karakasdakı səfiri Vladimir Zaemski ABŞ-ı Venesuelanı təhdid etməkdə günahlandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfir bu barədə ötən gün Venesuela mediasına verdiyi müsahibədə qeyd edib.

O qeyd edib ki, ABŞ Venesuela daxili ixtişaşlar yaratmağa cəhd edir.

“Vaşinqton onillərdir ki, Karakasa olan münasibətlərini dəyişməyib. Venesuelanın azad seçiminə qarşı olduqlarını bəyan edən çıxışlar ediblər. Bunların nəticəsiz qaldığını görüb indi də Venesuela daxilində ixtişaşlar yaratmağa cəhd göstərir. Bununla ölkədə vətəndaş müharibəsi yaradıb, daha sonra demokratiya yaratmaq adı altında ölkəyə hərbi müdaxilə edəcək. Bu ssenarilər bizə çox tanışdır. Venesuela xalqı qətiyyən buna imkan verməmələdir. ABŞ-ın Venesuelaya hərbi müdaxilə təhdidi aktual olaraq qalmaqdadır”, - deyə səfir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela   Rusiya  


Bizi "telegram"da izləyin