"Saab" İsveçi gəmi əleyhinə raket ilə təchiz edəcək

2018/07/Снимок_1531999019.png
Oxunub: 4030     19:09     19 İyul 2018    
“Saab” şirkəti ilə İsveç Hərbi Hava Qüvvələri arasında razılığın yekun mərhələsinə qədəm qoyulmaq üzrədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkətin vitse-prezidenti Maykl Huqland bildirib.

Şirkət rəsmisi qeyd edib ki, tərəflər arasında 2017-ci ilin mart ayında əldə edilən razılığa əsasən “Saab” İsveç HHQ üçün “Gungnir RBS15 Mk4” gəmi əleyhinə raketlər istehsal etməliydi.

O hazırda raketlərin ilk seriyasının istehsalının yekunlaşdırıldığını və test mərhələsinə keçid edildiyini bildirib. 2019-cu ilə kimi ilk seriyanın təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, ümumi dəyəri 3,7 milyard dollar olan layihə 2020-ci ilin 3-cü rübündə yekunlaşacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Saab   Gəmi-Əleyhinə-Raket  


Bizi "telegram"da izləyin