Rusiya sualtı pilotsuz gəminin sınağını həyata keçirir

2018/07/Снимок_1531995494.png
Oxunub: 3233     18:20     19 İyul 2018    
Rusiya nüvə silahı daşıya bilən “Poseidon” sualtı pilotsuz vasitənin sınaq mərhələsinə start verib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, bu gün səhər sualtı dronun sınağı həyata keçirilib. Sınaqlar zamanı “Poseidon”un dinamik xüsusiyyətləri yoxlanıb və fəaliyyət zamanı baş verə biləcək nasazlıqlar üzərində analizlər aparılıb.

Qeyd olunub ki, plan üzrə davam edən istehsal və sınaq müddətinin yekunu olaraq qarşıdakı bir neçə gündə dronun bir neçə xüsusiyyətləri üzrə ayrı-ayrı sınaqlar keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sualtı-Dron   Sınaq  


Bizi "telegram"da izləyin