Bolqarıstan parlamenti 584 milyon dollarlıq layihəni qəbul edib

2018/07/panopoly_image_original_d932787a4b0bd68f4fed7280a3674a8b_1531991118.jpg
Oxunub: 3893     17:35     19 İyul 2018    
Bolqarıstan Müdafiə Nazirliyinin təklifi ilə Bolqarıstan parlamentinə çıxarılan geniş miqyaslı modernizasiya planı qəbul edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihənin tətbiq dövrü 9 il davam edəcək.

Məsələ ilə bağlı Bolqarıstan hökmətinin yaydığı məlumatda qeyd olunub ki, donanmanın modernizasiyası ilə bağlı bir neçə aydır parlamentdə davam edən layihə ötən gün səsə qoyularaq qəbul edilib.

Bildirilir ki, 2019-2027-ci illəri əhatə edəcək layihənin ümumi dəyəri 584 milyon dollar təşkil edir.

Layihənin əsasını 2 ədəd çoxməqsədli modul tipli patrul gəmisinin alınması təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Donanma   Modernizasiya  


Bizi "telegram"da izləyin