Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qəbul edən Stoltenberq rəhbərlik etdiyi qurumun Gürcüstana dəstəyini bir daha dilə gətirib.
Ötən həftə baş tutan sammitdə də dövlət və hökumət başçılarının Gürcüstanın NATO-ya üzv olma yolundakı səylərini dəstəklədiyini xatırladan Stoltenberq NATO-nun bu istiqamətdə də Gürcüstana kömək edəcəyini bildirib.
Tərəflər görüşdə həmçinin Qara dəniz regionundakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Baxtadze ölkəsinin NATO-ya üzv olma arzusuna sadiq qaldığını vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az