Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ərəb koalisiyasının sözçüsü Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, az öncə Yəmənin Səda şəhəri ətrafındakı Əl-Əbd dağlarında qiyamçılarla koalisiya qüvvələri arasında şiddətli qarşıdurma baş verib.
Rəsmi rəqəmlərə əsasən qarşıdurmalarda qiyamçıların 30 üzvü məhv edilib, daha 4-ü isə əsir götürülüb.
Koalisiya qüvvələrinin isə 7 hərbçisi həlak olub, daha 2-si yaralanıb.
Qeyd edək ki, sözçü koalisiya qüvvələrinin 2011-ci ildən husilərin nəzarətində olan Səda şəhərini azad etmək üçün əməliyyatlarını davam etdirəcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az