Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, onun Cənubi Koreyanın hərbi sirlərini xarici agentə satdığı bildirilir.
Soyadı ilə Li kimi təqdim olunan mühacirin Cənubi Koreya ordusuna aid olduqca məxfi məlumatları xarici agentə satdığı məlum olub.
Belə ki, o, 109 ədəd məxfi məlumat sənədi, xaricdə çalışan Cənubi Koreya cəsusları barəsində şəxsi detalları xarici bir şəxsə satıb. Bu məlumatları Şərqi Asiyadan olan diplomatik missiyanın əməkdaşına satdığı bildirilsə də, konkret olaraq hansı ölkənin missiyası olduğu açıqlanmayıb.
Linin məxfi məlumatları Cənubi Koreya Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Kəşfiyyat Komandanlığının keçmiş yüksək rütbəli zabitlərindən əldə etdiyi güman edilir.
Ağalar Ağalarlı
Ordu.az