Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ilkin hesablamalara görə, hərbi paradın təşkilinə 12 milyon dollar xərclənəcəyi proqnozlaşdırılır.
Pentaqonun bu açıqlamasından sonra Cənubi Koreya ilə birgə təşkil olunan təlimlərin dayandırılmasına göstərilən səbəb yenidən diqqət mərkəzinə gəlib. Belə ki, baha başa gəlməsindən dolayı ləğv edildiyi bildirilən təlimlərin maliyyəti sözügedən paradla təqribən bərabərdir.
Qeyd edək ki, Tramp ötən il Bastiliya Qalasının Alınması Günü münasibətilə Fransada təşkil olunan paradı izlədikdən sonra ABŞ-da da belə bir mərasimin təşkil olunmasını istəyib. Paradın bu il noyabrın 10-da keçirilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az