Husilər vitse-prezidentin yaxın qohumunu öldürüb? - İDDİA

2018/07/Yemeni-Army-Arrests-Kills-Dozens-Of-Saudi-Paid-Mercenaries_1531978741.jpg
Oxunub: 1545     14:06     19 İyul 2018    
Husi qiyamçıları Mərib vilayətində baş verən döyüşlər zamanı Yəmən ordusunun yüksək rütbəli hərbi komandirinin öldürüldüyünü iddia edirlər.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, qiyamçıların öldürüldüyünü iddia etdikləri şəxs briqada generalı Məhəmməd Saleh əl-Əhmərdir.

Bu iddialara cavab olaraq açıqlama verən Yəmən hökuməti generalın ölümünün döyüşdən qaynaqlanmadığını və hərbi təlimlər zamanı baş verdiyini bildirib.

Qeyd edək ki, Məhəmməd Saleh əl-Əhmər sabiq prezident Əli Abdullah Saleh və hazırkı vitse-prezident Əli Muhsin əl-Əhmərin yaxın qohumudur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən   Komandan  


Bizi "telegram"da izləyin