Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Maydan Vardak vilayətinin Yalrez rayonunda baş verib.
Əfqanıstandakı ABŞ qüvvələrinin mətbuat katibi polkovnik Martin Odonnel hadisə zamanı Əfqanıstan və ABŞ qüvvələrinin bölgədə birgə patrul reydində olduqlarını bildirib.
Reyddə ABŞ-dan 3 əsgər iştirak edib. Bu zaman daha əvvəllər məktəb kimi istifadə edilən binadan atılan atəş nəticəsində onların 2-si yaralanıb. Əsgərlərin vəziyyətinin stabil olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az