İraq ordusu İŞİD-ə qarşı əməliyyatlara davam edir

2018/07/Iraqi-Army-in-western-Anbar-954x516_1531977971.jpg
Oxunub: 1518     13:18     19 İyul 2018    
İraq Silahlı Qüvvələri İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarını ötən gün də davam etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq Quru Qoşunlarının generalı Qasim Əl-Məhəmmədi bildirib.

O qeyd edib ki, təhlükəsizlik qüvvələri ötən gün İraq-Suriya sərhədindəki səhra bölgələrində İŞİD terrorçularına qarşı geniş miqyaslı əməliyyat keçirib.

Əməliyyatlar zamanı terrorçu qüvvələr İraq ərazilərini tərk etməli olublar. Daha sonra ordu qüvvələri ərazidəki çox sayda tunel və sığınacağı aşkarlayaraq məhv edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin