Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə hərbi mənbələri yayıb.
Bildirilir ki, pilotsuz uçuş aparatı vasitəsilə Şırnak vilayətinin Uludərə şəhəri yaxınlığında aparılan kəşfiyyat araşdırmaları zamanı dağlıq ərazilərdə PKK terror qruplaşmasının 5 üzvü aşkar edilib.
Dərhal hava əməliyyatlarına başlayan TSQ, terrorçuların olduğu mövqelərə bir neçə raket zərbəsi endirib.
Əməliyyat nəticəsində terrorçuların hamısının zərərsizləşdirildiyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az