Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit okean donanmasının sözçüsü kapitan Nikolay Voskresenski bildirib.
O bildirib ki, Rusiyanın Uzaq Şərq diyarının Vladivostok şəhərində baş tutacaq paradda Sakit okeandakı çox sayda döyüş gəmisi iştirak edəcək.
Sözçü qeyd edib ki, paradda iştirak edəcək gəmilər yaxın günlərdə Qızıl Buynuz körfəzinə gətiriləcək. Parad da məhz körfəzin Vladivostok sahillərində baş tutacaq.
Voskresenskinin sözlərinə əsasən paradda 40 döyüş gəmisi və 1500-ə qədər hərbçi iştirak edəcək .
Dəyanət Ağalarlı
Ordu.az