“General Atomics” Niderland HHQ üçün PUA istehsal edəcək

2018/07/37329510_2091012507778711_2089199958245769216_n_1531935625.jpg
Oxunub: 3830     01:37     19 İyul 2018    
Niderland Müdafiə Nazirliyi və “General Atomics” şirkəti arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsal və təhvil verilməsi ilə bağlı müqavilə imzalanıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyindən yayılan məlumatda qeyd olunub.

Bildirilir ki, şirkət Niderland Hərbi Hava Qüvvələri üçün patentini əlində saxladığı “Predator” seriyalı dronların B variantı olan MQ-9 PUA-larını istehsal edəcək. Müqavilə ilə bağlı detallar qeyd olunmasa da, layihəyə 2019-cu ildən start veriləcəyi vurğulanıb.

Bildirilir ki, 1747 kiloqram maksimum yükgötürmə qabiliyyətinə sahib aparat 13,7 km yüksəkliyi fəth edə bilir.

Qeyd edək ki, 26 saat dayanmadan uçuş həyata keçirə bilən PUA-lar yalnız Fransa, İtaliya, Britaniya və BƏƏ hərbi qüvvələri tərəfindən istifadə olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   PUA  


Bizi "telegram"da izləyin