Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda MiQ-31K qırıcılarına inteqrasiya edilmiş “Kinjal” süpersəs raketləri 2000 kilometr məsafədəki istənilən hədəfi vurmaq iqtidarındadır.
Yaxın zamanlarda isə Rusiya hərbi dairələri saatda 3000 kilometr maksimum sürətə sahib sözügedən raketlərin Tu-22M3-ə əlavə edilməsini planlaşdırır ki, bu da onların mənzilini daha 1000 kilometr artıracaq. Belə ki, yeni inteqrasiyanın tamamlanmasından sonra raket 3000 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətinə sahib olacaq.
Dəyanət Ağalarlı
Ordu.az