Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Hollandiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, Norveçin "Prox Dynamics" şirkəti ilk 30 ədəd PD-100 “Black Hornet” mikro PUA-ları təhvil verilib.
Bildirilir ki, müqaviləyə əsasən qarşıdakı 3,5 il ərzində şirkət hissəli olaraq daha 146 ədəd PUA Niderlanda təhvil verməlidir.
Qeyd edək ki, daha öncə bu mikro PUA-lar Böyük Britaniya və Əfqanıstan Silahlı Qüvvələrində tətbiq edilib, həmçinin Almaniya və Norveçdə orduya qəbul olunub.
Dəyanət Ağalarlı
Ordu.az