F-35-lərin gələcək modernizasiyaları çevikliyə fokuslanacaq

2018/07/orig-1508923455_f-35_vvs-ssha_istrebitel_0_317ddd8e44f8732e9e01508b51131f8f_1531920357.jpg
Oxunub: 3804     21:20     18 İyul 2018    
F-35 qırıcılarının istehsalçısı “Lockheed Martin” təyyarənin gələcək inkişaf planı ilə bağlı strategiyasını elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, şirkət qırıcılara 2 yeni sistemin inteqrasiyasını planlaşdırır ki, bunlara da yerlə toqquşmanı istisna edən "Auto-GCAS" sensor sistemi və bölünmüş diyafram sistemi daxildir.

Bu sistemlərin inteqrasiyası nəticəsində pilotların qırıcıları idarə etməsi daha asan olacaq.

Qeyd edək ki, şirkət bu ideyaların 2019-cu ildən etibarən tətbiq edilməsini planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   F-35   Modernizasiya  


Bizi "telegram"da izləyin