Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, bu gün ABŞ-a məxsus hərbi karvan bölgədə gərginliyin pik səviyyədə olduğu bir vaxtda Rəqqaya daxil olub.
Qeyd olunub ki, Hasakanın şimalında Tal-Təmar şəhərindən gətirilən karvanda 800-ə qədər hərbçi və 100-ə qədər zirehli texnika, piyada döyüş maşını yer alıb.
Məsələ ilə bağlı hələlik Pentaqondan rəsmi açıqlama bildirilməyib.
Dəyanət Ağalarlı
Ordu.az