Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu, gəminin okeanda missiyaya hazırlığının sonuncu mərhələsi kimi qiymətləndirilir.
“Ford”un elektromaqnit katapult sistemi, daha geniş göyərtəsi və atom reaktorlu texnologiyaları geniş müzakirəyə səbəb olsa da, gəminin ən yeni silahları, müdafiə sistemləri də diqqətə layiqdir.
Hazırda gəmiyə ən son model raketdən müdafiə raketləri, yaxın məsafəli toplar, “Phalanx” və “Evolved Sea Sparrow Block 2” silah sistemləri əlavə ediləcək.
Dəyanət Ağalarlı
Ordu.az