“Thales” Avstraliyada yeni radar sınaq təsisatı quracaq

2018/07/Thales-SMART-S-Mk2-radar_1531916512.jpg
Oxunub: 3222     20:26     18 İyul 2018    
“Thales” kompaniyası Avstraliya hökuməti ilə Tasmaniya adasında yeni radar sınaq təsisatı qurmaq üzrə razılığa gəlib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hökumət “Thales” firması, Tasmaniya Universiteti, Avstraliya Dəniz Kolleci və AMOG mühəndis konsultasiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Memorandumda “Thales”in ölkədə yeni təsisat qurması və bunun üçün onu imzalayan digər tərəflərin öz sahələrinə uyğun lazımı dəstəyi göstərmələri qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Thales  


Bizi "telegram"da izləyin