Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq hərbi polis idarəsinin rəhbəri Rayid Cövdət bildirib.
O qeyd edib ki, ordu Kərkük, Diyalə və Səlahuddində paralel olaraq geniş miqyaslı əməliyyatlarını davam etdirir.
Polis rəisi vurğulayıb ki, son olaraq bu gün səhər ordunun əməliyyatları zamanı İŞİD terror qruplaşmasının 3 üzvü sağ şəkildə ələ keçirilib.
Bildirilir ki, ələ keçirilən terrorçulardan birinin terrorçu qruplaşmanın ordunun nəzarətindəki ərazilərdə illərdir fəaliyyət göstərən kəşfiyyatçısı olduğu ortaya çıxıb.
Dəyanət Ağalarlı
Ordu.az