Qəzadan sonra Cənubi Koreya bütün helikopterlərini yerə endirib

2018/07/image_1531911939.jpg
Oxunub: 1776     19:05     18 İyul 2018    
Cənubi Koreya ordusu dünən baş verən qəzadan dolayı onlarla yeni helikopterini yerə endirmək qərarı verib.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya donanması yeni istifadəyə verdiyi 3 helikopterin istifadəsini dondurub. Eyni zamanda Quru Qoşunları 90-dan çox KUH-1 “Surion” helikopterinin uçuşunu dayandırıb.

Qeyd edək ki, dünən Cənubi Koreyanın MUH-1 helikopteri sınaq uçuşunu həyata keçirərəkən qəzaya uğrayaraq yerə çırpılıb. Qəza nəticəsində 5 hərbçinin həlak olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   MUH-1   Qəza  


Bizi "telegram"da izləyin