Hindistanda hərbi təyyarə qəzaya uğrayıb: 1 ölü

2018/07/_34fe619a-8a6b-11e8-a23e-bc16ac6b2c17_1531911209.jpg
Oxunub: 1853     18:52     18 İyul 2018    
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla 13:21-də ölkənin Himçal Pradeş vilayətində baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Qəzaya uğrayan təyyarənin müntəzəm keçirilən patrul reydindən olduğu bildirilir. Qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Qəza  


Bizi "telegram"da izləyin