Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səsləndirib.
“ABŞ-lı jurnalistlər və siyasətçilərdən eşitdiyim qədərilə ABŞ-Rusiya sammitində ABŞ-da ilk reaksiya sərt tənqiddən ibarət olub. Lakin bu reaksiyanı verənlərin əksəriyyəti prezidentlərinin dediklərini dinləməyiblər belə. Dinləsəydilər Trampın ABŞ-ın milli maraqlarını müdafiə etdiyini anlayardılar”, - deyə Antonov bildirib.
Antonov ABŞ və Rusiya arasında mövcud olan soyuqluğun aradan qaldırılması üçün ilkin mərhələdə kiçik miqyaslı ortaq layihələrin keçirilməsindən başlanmalı olduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az