Rusiya əsgərləri və tankları görünməz edə bilər - NECƏ?

2018/07/1049440177_1531904354.jpg
Oxunub: 1887     17:13     18 İyul 2018    
Rusiyanın əsas silah istehsalçılardan olan “Rostec” bir neçə gün öncə yeni hərbi təyinatlı örtüyü təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Rostec”in icraçı direktoru Sergey Çemezov kompaniyanın yeni örtüyü uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Örtüyün əsas üstünlüyü isə cismin yerləşdiyi məkanda ətraf mühitin rəngini kopyalayaraq həmin cismin üzərinə köçürməsidir. Beləliklə, o, insan gözü tərəfindən görünməz hala gəlir.

Çemezov bu materialın əsgərləri və hətta nəhəng bir tankı görünməz edə biləcəyini iddia edib.

“Biz davamlı olaraq yeni ləvazimatlar hazırlayırıq. Əsas hədəfimiz əsgərlərimizin daha yaxşı müdafiəsini təmin etmək, onların texniki təchizatını yaxşılaşdırmaqdır. Ən sonuncu nailiyyətlərimizdən biri isə yeni örtükdür. Ətraf mühitin rənglərini kopyalaya bilən bu örtük texnologiyası əsgərləri, silah-sursatı, hətta tankı belə gizlədə bilər”, - deyə Çemezov bildirib.

Çemezov bu texnologiyanın yaxın zamanlarda hərbi sərgilərdə nümayiş etdiriləcəyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tank   Örtük  


Bizi "telegram"da izləyin