Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasının sözçüsü Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, yerli vaxtla bu gün 12:52-də edilən raket hücumuna koalisiya qüvvələri dərhal cavab verib.
Bildirilir ki, Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşdirilmiş hava hücumundan müdafiə sistemləri dərhal əks-həmlə ilə raketi havadaykən zərərsizləşdirməyə nail olub.
Qeyd edək ki, koalisiya qüvvələri husi qiyamçılarının hücumu zamanı itki verməyib.
Dəyanət Ağalarlı
Ordu.az