Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat əməliyyatların keçirildiyi Mardin bölgə rəhbərliyindən yayımlanıb.
Qeyd olunub ki, polis və jandarma qüvvələri bölgənin müxtəlif hissələrində paralel şəkildə irimiqyaslı axtarışlar aparıblar.
Əməliyyatlar nəticəsində FETÖ terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 22 nəfər saxlanılıb. Saxlanılanlardan 9-nun daha sonra günahsız olduğu sübuta yetirildiyindən dolayı sərbəst buraxıldığı bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az