Əfqanıstanda son 3 gün: 147 qiyamçı zərərsizləşdirilib (HESABAT)

2018/07/afghanistan-troops_1451147c_1531899547.jpg
Oxunub: 1560     15:37     18 İyul 2018    
Əfqanıstan ordusu son 3 gün ərzində “Taliban” qiyamçılarına qarşı 500-ə qədər əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hesabatı Əfqanıstan Daxili İşlər Nazirliyi bu gün səhər yayımlayıb.

Bildirilir ki, Nangərhar, Qəzni, Qəndəhar, Herat, Hilmənd kimi qaynar nöqtələr də daxil olmaqla ölkənin 13 vilayətində paralel şəkildə intensiv olaraq qiyamçılara qarşı əməliyyatlar aparılır.

Hesabatı səsləndirən Qəndəhar Polis idarəsinin sözçüsü Ziya Dürrani bildirib ki, son 3 gün ərzində Əfqanıstan Milli Ordusunun polis birliklərinin də dəstəyi ilə həyata keçirdiyi 500-ə qədər əməliyyatda 147 qiyamçı məhv edilib, daha 33-ü isə yaralanıb.

Həmçinin əməliyyatlar zamanı qiyamçılara məxsus çox sayda silah-sursat və hərbi texnika ələ keçirilib.

Sözügedən əməliyyatlarda, həmçinin qiyamçıların hücumları zamanı ordunun 43 hərbçisi həlak olub, daha 50-dən çoxu yaralanıb.

Bildirilir ki, 15-17 iyul tarixlərində Əfqanıstan Hərbi Hava Qüvvələri “Taliban” mövqelərinə 1000-dən çox raket zərbəsi endirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Hesabat  


Bizi "telegram"da izləyin