ABŞ və Cənubi Koreya müdafiə xərclərini yenidən müzakirə edəcək

2018/07/14332506w_1531377547_1531898253.jpg
Oxunub: 2869     15:25     18 İyul 2018    
Bu gün ABŞ və Cənubi Koreyadan olan nümayəndə heyətləri Koreyadakı ABŞ qoşunlarının xərclərinə dair danışıqların növbəti mərhələsini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, on mərhələli Xüsusi Tədbirlər Sazişi danışıqlarının beşinci sessiyası bu gün Sietelin cənubundakı Takoma şəhərində baş tutacaq

Tərəflər mart ayından etibarən 4 dəfə bir araya gəliblər. Buna baxmayaraq hələ də hansısa razılığa gəlməyin mümkün olmadığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin