İraq ordusu İŞİD-ə qarşı əməliyyat keçirib

2018/07/Kirkuk_1531898082.jpg
Oxunub: 1956     15:14     18 İyul 2018    
İraq hərbi qüvvələri ölkənin Məxmur vilayətində anti-terror əməliyyatlarına davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ordu qüvvələri Məxmur vilayətinin cənubunda Qaraçoğ dağlarında yerləşən İŞİD mövqelərinə havadan və qurudan koordinasiyalı şəkildə artilleriya zərbələri endiriblər.

Rəsmi rəqəmlərə əsasən hücum nəticəsində azı 15 terrorçu məhv edilib, 10-a qədəri yaralanıb. Ordu qüvvələri əməliyyatları itkisiz tamamlayıb.

Həmçinin əməliyyatlar nəticəsində bölgənin 30 kvadrat-kilometr ərazisi terrorçu qruplaşmadan azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin