Rusiya MN: ABŞ-la silahların azaldılması üzrə əməkdaşlığa hazırıq

2018/07/manar-04572200014750900819_1531896559.jpg
Oxunub: 2601     14:47     18 İyul 2018    
Rusiya Müdafiə Nazirliyi ABŞ-la Strateji Silahların Azaldılması Müqaviləsinin müddətini uzatmaq üçün əməkdaşlığa hazır olduqlarını bəyan edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov danışıb.

O, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Helsinkidə beynəlxalq təhlükəsizlik sahəsində razılığa gəldiklərini xatırladaraq, Rusiya hərbi dairələrinin sözügedən müqavilənin uzadılmasına hazır olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Fox TV-yə verdiyi müsahibəsində 2021-ci ildə başa çatacaq müqavilənin uzadılmasına hazır olduqlarını, lakin detalların müzakirə edilməli olduğunu söyləyib.

Qeyd edək ki, nüvə silahlarının məhdudlaşdırılmasına dair Rusiya və ABŞ arasında mövcud olan Strateji Silahların Azaldılması Müqaviləsinin sonuncusu 2010-cu ildə imzalanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin