Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, təlimlər bu gün yerli vaxtla səhər 08:00-da başlayıb və iyulun 23-ü 18:00-da yekunlaşacaq.
Təlimlərin Tayvandakı separatçı meyillərin aradan qalxması üçün gözdağı mənasına gəldiyi bildirilir. Eyni zamanda son dövrlərdə ABŞ donanmasının bölgədəki aktivliyi də Çinin Şərqi Çin dənizində döyüş hazırlığını nəzərdən keçirməsinə səbəb olub.
Ağalar Ağalarlı
Ordu.az