Mettis Şoyqu ilə danışıqlara hazırdır

2018/07/000_UO6J2-e1512347565365_1531895805.jpg
Oxunub: 4265     14:17     18 İyul 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettisin rusiyalı həmkarı Sergery Şoyqu ilə danışıqlara açıq olduğu bildirilir.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

Onun sözlərinə görə, Mettis belə bir danışığa razı olsa da, hələlik bu məsələ ilə bağlı tərəflər arasında hansısa plan yoxdur.

Bu xəbərdən daha öncə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi ölkəsinin Tramp-Putin sammitində qəbul edilmiş razılıqların tətbiqinə hazır olduğunu bildirib.

Trampla Putinin görüşündən öncə Pentaqon Sergey Şoyqunun Mettisi danışıqlara dəvət etməsi, lakin bu dəvətin rədd edilməsinə dair yayılan xəbərləri təkzib edib. O bildirib ki, Pentaqon belə bir çağırış əldə etməyib.

Qeyd edək ki, 2015-ci ildən etibarən Birləşmiş Ştatlar və Rusiya Müdafiə nazirləri arasında heç bir danışıq baş tutmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Şoyqu   Tramp-Putin  


Bizi "telegram"da izləyin