Ordu.az arici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail mənbələri yayıb.
Bildirilib ki, İsrail hökuməti HƏMAS-a hücumlarını dayandırması üçün cümə gününə qədər vaxt verib.
Belə ki, İsrail Baş naziri Benyamin Netanyahunun parlamentə etdiyi müharibə tələbi dünən iclasda səsə qoyulub və qəbul edilib.
Qeyd olunub ki, hərəkat üzvlərinin silahları cümə gününə qədər yerə qoymayacağı təqdirdə İsrail hərbi qüvvələri Qəzzanın müxtəlif istiqamətlərində havadan, dənizdən və qurudan geniş miqyaslı əməliyyatlara başlayacaq.
Bunun üçün artıq ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı işlərə başlanılıb. İsrail Müdafiə Nazirliyinin Fələstinlə sərhəd yaxınlığına çox sayda canlı qüvvə və hərbi texnika topladığı bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az