Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Netanyahu diviziyanın İsrail və Qəzzanı ayıran hasarın yaxınlığında yerləşən qərargahına baş çəkib.
İsrail ordusunun istənilən döyüşə hazır olduğunu vurğulayan Netanyahu silahlı qüvvələrin vəziyyətindən çox təsirləndiyini və bütün israillilərin İMQ-yə inandığını bildirib.
Qeyd edək ki, Netanyahunun ziyarətinin son günlərdə İsrail və HƏMAS arasında baş verən qarşıdurmalardan sonraya təsadüf etməsi bu ziyarətin əhəmiyyətini daha da artırıb.
Ağalar Ağalarlı
Ordu.az