TSQ-dən uğurlu əməliyyat: 4 PKK üzvü zərərsizləşdirilib

2018/07/thumbs_b_c_b47b8bd327019b3fec24cae2abe5c631_1531892508.jpg
Oxunub: 3976     13:28     18 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri Siirt bölgəsində PKK qruplaşmasına qarşı anti-terror əməliyyatları həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar İraqla sərhədə yaxın yerləşən Siirt bölgəsinin Əruh şəhəri ətrafında həyata keçirilib.

Əməliyyatlarla bağlı Siirt bölgə rəhbərliyindən bildirilən rəsmi açıqlamada qeyd olunub ki, terrorçuların mövqeləri ərazidə kəşfiyyat uçuşu həyata keçirən pilotsuz uçuş aparatı vasitəsilə aşkar edilib.

Dərhal ordunun bölgədəki hərbi birlikləri havadan və qurudan aşkar edilən yerlərdə əməliyyat keçirib.

Nəticədə PKK terror qruplaşmasının 4 üzvü məhv edilib, terrorçulara məxsus 1 qumbaraatan, 1 avtomat tüfəng, 3 "Kalaşnikov" və çox sayda mərmi aşkar edilərək müsadirə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin