Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan hərbi mənbələri yayıb.
Bildirilir ki, Əfqanıstan HHQ qiyamçıların Qəndəhardakı mövqelərini aramsız artilleriya atəşinə tutub.
Mənbələrin bildirdiyi rəqəmlərə əsasən hücum zamanı 62 "Taliban" yaraqlısı zərərsizləşdirilib.
Qeyd edək ki, ordu əməliyyatları itki vermədən yekunlaşdırıb.
Dəyanət Ağalarlı
Ordu.az