Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Northrop”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o 8:37 radələrində Beynəlxalq Kosmos Stansiyasını tərk edərək öz missiyasına başlayıb. “Space Shuttle” peykinin yeddi il öncə istifadədən çıxarılmasından sonra “Cygnus” stansiyada qaldıqdan sonra ikinci missiyaya başlayan ilk peyk olub.
Pentaqon və NASA-nın birgə xüsusi missiyasını həyata keçirən “Cygnus” elmi tədqiqat və eksperiment məqsədilə astronavtlara 3350 kiloqram ağırlığında karqo çatdırıb.
Onun iyulun 30-da missiyanı başa vuraraq, Sakit okean üzərində Yer atmosferinə geri dönəcəyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az