Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi məlumat yayıb.
Məlumata görə, peyk bu ilin sonlarında orbitə çıxarılacaq. Digər milli təhlükəsizlik missiyaları kimi bu dəfə də 61 metr uzunluğa malik raket kosmosa nəhəng peyk aparacaq.
Missiyanın həyata keçirilməsi 80 milyon dollara başa gələcək. Onun son zamanlarda 240 saat ərzində 10 dəfə sınaq atışı həyata keçirilib və xüsusilə mühərrikin yaxşı vəziyyətdə olduğu aydın olub.
Ağalar Ağalarlı
Ordu.az