Ordu.az "Janes"ə istinadən xəbər verir ki, gəmi, həmçinin, Çin istehsalı atış-nəzarət sensorları və döyüş idarəetmə sistemləri ilə təchiz olunacaq.
"Tombak" adı verilən gəmi İndoneziya donanmasının istifadəsinə ötən il qəbul edilib. O, hazırda İndoneziyanın dövlət gəmiqayırma şirkəti "PT Pal" tərəfindən modernizasiya edilir.
O, modernizasiya nəticəsində Çin istehsalı 30 mm-lik "Type 630" yaxın məsafəli silah sistemi ilə silahlandırılacaq.
Rusiyanın Ak-630 silahının təkmilləşdirilmiş versiyası olduğu deyilən "Type 630" alçaqdan uçan hava vasitələrinə qarşı olduqca effektivdir.
Ağalar Ağalarlı
Ordu.az