Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina bölgəsində terrorçuların mövqelərinə aviazərbələr endirib.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Metina bölgəsində PKK terrorçuları tərəfindən istifadə edilən silah-sursat deposu məhv edilib. Həmçinin onlara məxsus sığınacaq və digər məntəqələr yerlə-yeksan edilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
TSQ
Şimali-İraq
PKK