Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Bağıri Pakistana səfəri çərçivəsində yerli media nümayəndələrinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, hazırda ABŞ-ın bölgədə terrorçuları silahlandırması, heç bir əsas olmadan Suriyaya daxil olaraq hərbi fəaliyyətlər aparması və s. aktları Yaxın Şərqdə təhlükəsizliyi kökündən sarsıdır.
Bağıri həmçinin Pakistan və İranın qarşılıqlı hərbi əməkdaşlıqlarını genişləndirmələrinin regionda sabitliyə verəcəyi töhfələrə də toxunaraq qeyd edib ki, bölgəyə sülhü yalnızca bölgədəki aktorların birliyi və əməkdaşlığı gətirəcək.
Dəyanət Ağalarlı
Ordu.az